BAKI, 16 fevral. TELEQRAF
Ağ Ev ABŞ Prezidenti Donald Trampı Prezident Günü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, Paylaşım X sosial media platformasında dərc edilib.
Təbrikə "Time" jurnalının noyabr nömrəsinin üz qabığı yer alıb. "Tramp Dünyası" adlanan buraxılışın üz qabğında Amerika liderinin ötən ilin iyun ayında jurnalistlərə dediyi sözlər qeyd olunub: "Mən ovlanan idim, indi isə ovçuyam".
Prezident Günü ABŞ-də rəsmi bayramdır. Tədbir fevralın üçüncü bazar ertəsi günü qeyd olunur. Bayram Corc Vaşinqtonun ad günü ilə üst-üstə düşür.