BAKI, 16 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski on rusiyalı idmançıya qarşı sanksiyalar tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə "Politika Strany" qəzeti məlumat yayıb.

Siyahıda güləşçilər Yevgeni Baydusov və İmam Qanişov, Rusiyanı oxatma üzrə təmsil edən Svetlana Daşanimayeva, Beynəlxalq Şahmat Federasiyasının ( FİDE ) prezidenti Arkadi Dvorkoviç, qılıncoynadan Yana Yeqoryan, taekvondoçular Vladislav Larin və Maksim Xramtsov, gimnast Angelina Melnikova , cüdoçu Mədinə Taymazova və boksçu Fedor Çudinov yer alıb .

Qeyd edək ki, İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarında 13 rusiyalı idmançı neytral statusda yarışırlar. Onlar açılış mərasimində iştirak etməyiblər.