BAKI, 16 fevral. TELEQRAF
İran və ABŞ Cenevrədə keçiriləcək danışıqlar zamanı Tehranın nüvə dosyesini və sanksiyaların ləğvini müzakirə edəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Agentliyin mənbəsi bildirib ki, nöbəti danışıqlarda nüvə məsələləri daha ətraflı müzakirə olunacaq və Tehrana qarşı sanksiyaların ləğvi ilə bağlı fikir mübadiləsi aparılacaq.