BAKI, 15 fevral. TELEQRAF
Üç ölkənin xarici işlər nazirləri Münhendə energetika və kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə dair bəyannamə imzalayıblar.
Teleqraf xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rumıniya XİN rəhbəri Oana Çoyu Münhendə keçirilən konfrans iştirakçılarına üç ölkənin kibertəhlükəsizlik sahəsində əməkdaşlıq barədə razılığa gələcəyini bildirib. Sənəd bu ayın sonlarında imzalanandan sonra qüvvəyə minəcək.