BAKI, 14 fevral. TELEQRAF

ABŞ Ukrayna münaqişəsinin nizamlanması prosesində iştirakını davam etdirəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında bildirib.

M.Rubio ABŞ-nin sülh danışıqlarından kənarda qalacağı ilə bağlı iddiaları təkzib edib:

"Birləşmiş Ştatlar hər iki tərəfi danışıqlar masasına cəlb edə bilən və münaqişənin dayandırılması imkanlarını müzakirə edən yeganə ölkədir. Bu, bizim üçün unikal bir öhdəlikdir və biz bundan imtina etməyəcəyik. Təəssüf ki, bu səylər hər zaman nəticə verməyə bilər, lakin mən onların uğurlu olacağına ümid edirəm".

Qeyd edək ki, bundan əvvəl "The Atlantic" jurnalı ABŞ Prezidenti Donald Trampın yaxın həftələrdə Ukrayna müharibəsi məsələsindən geri çəkilə biləcəyi barədə məlumat yaymışdı.