BAKI, 13 fevral. TELEQRAF

Transatlantik əlaqələrin qorunması vacibdir. Avropa ABŞ-nin iştirakı olmadan təhlükəsizliyini təmin edə bilməyəcək.

Teleqraf xəbər verir ki, bunu Niderlandın xarici işlər naziri David van Vil Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib: "Dünyada ABŞ-dən güclüsü yoxdur. Biz bunu indi dünyada həll edilməli olan münaqişələrdə görürük. ABŞ-nin iştirakı və təzyiqi olmadan heç nə baş verməyəcək. Avropa təhlükəsizliyi əsasən Amerikanın dəstəyindən asılıdır. Bu dəstək olmadan təhlükəsizliyimiz hazırkı səviyyədə olmayacaq".

XİN rəhbəri vurğulayıb ki, transatlantik münasibətlərdə bütün çətinliklərə baxmayaraq, ABŞ Avropadakı proseslərdə iştirakını davam etdirməlidir.

Van Vil həmçinin Ukrayna ətrafındakı vəziyyətin həllində Amerikanın iştirakının saxlanılmasının vacibliyini qeyd edib.