BAKI, 10 fevral. TELEQRAF

İslam İnqilabının qələbəsinin ildönümü və Şaban ayının qeyd olunması münasibətilə Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei 2100-dən çox məhbusu əfv edib.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

İran mediasının məlumatına görə, əfv müəyyən məhbus kateqoriyalarına, o cümlədən silahlı narkotik, spirtli içki qaçaqmalçılığı, silah ticarəti, adam oğurluğu, təcavüz, silahlı soyğunçuluq, rüşvətxorluq, mənimsəmə, saxtakarlıq, çirkli pulların yuyulması və iqtisadi sabotaja görə məhkum edilmiş şəxslərə şamil edilmir.