BAKI, 10 fevral. TELEQRAF
İstanbulun Beşiktaş rayonunda yerli hakimiyyət Rusiyanın "Slaughter to Prevail" və Polşanın "Behemoth" qruplarının çıxışlarını ləğv edib.
Teleqraf xəbər verir ki, buna səbəb kimi qrupların musiqilərinin sosial dəyərlərə uyğunsuzluğunu göstəriblər.
10 fevral saat 21:30-da "Slaughter to Prevail" və 11 fevral saat 21:30-da "Behemoth" qruplarının çıxışı planlaşdırılırdı.
Konsert təşkilatçıları alınan biletlər üçün kompensasiya məsələsinin standart prosedur və şərtlərə uyğun olaraq həll ediləcəyini açıqlayıblar.
Hər iki qrupun yaradıcılığında okkultizm, şeytanpərəstlik, zorakılıq və bütpərəstlik mövzuları əsas yer tutur.