BAKI, 9 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəni tərk etmiş vətəndaşları bayraq və çağırışlarla geri qaytarmağın mümkün olmadığını etiraf edib.

Teleqraf xəbər verir ki, o, bu barədə Kiyev Aviasiya İnstitutunun tələbələri qarşısında çıxışı zamanı danışıb.

Zelenskinin sözlərinə görə, səfərbərlik yaşında olmayan və ölkədən getmək istəyən insanlar buna hüquqi cəhətdən haqlıdırlar.

“Sözlərlə, çağırışlarla, bayraqlarla insanları geri qaytara bilməzsiniz”, – deyə o vurğulayıb.

Xatırladılır ki, daha əvvəl Ukraynanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets 11 milyon vətəndaşın ölkəni tərk etdiyini bildirib.