BAKI, 9 fevral. TELEQRAF

ABŞ-li maliyyəçi Cefri Epşteynin işi üzrə materiallar Qərb elitalarının açıq-aşkar satanizmini üzə çıxarıb.

Teleqraf xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov NTV telekanalına müsahibəsində səsləndirib.

Nazir bildirib ki, bu mövzu “kollektiv Qərb” adlandırılan anlayışın əsl simasının üzə çıxması ilə bağlıdır və baş verənlər insan anlayışının da aşağısında olan, saf formada satanizm təsiri bağışlayır.

Xatırladılır ki, daha əvvəl irlandiyalı iqtisadçı Filip Pilkinqton Böyük Britaniyanın Rusiyanı Epşteyn işi ilə əlaqələndirməyə yönəlmiş cəhdlərinin uğursuzluğa düçar olduğunu bildirib. Eyni zamanda, britaniyalı siyasətçi Corc Qellouey RT telekanalının efirində deyib ki, maliyyəçinin guya Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi barədə yayılan saxta məlumatlar Atlantik okeanının hər iki tərəfində elitaları bürümüş “çarəsizliyin” göstəricisidir.