BAKI, 8 fevral. TELEQRAF

İtaliyanın Roma şəhərinə aparan yolun Santa-Marinella bölgəsində dəmir yolu körpüsünün qoruyucu konstrukiyasının bir hissəsi uçub.

Teleqraf xəbər verir ki, bu barədə "Il Messaggero" qəzeti məlumat yayıb.

Bildirilir ki, ən çox çətinliklər sahil bölgəsinə gedən ətraf qatarlar və Roma-Genova marşrutu üzrə müşahidə olunur.

Uçmanın səbəbləri araşdırılır. Ehtimal olunur ki, infrastrukturun köhnəlməsi rol oynaya bilər. Hadisə zamanı xəsarət alan olmayıb, lakin nəticələrin aradan qaldırılması işləri çətin və uzun müddət tələb edə bilər.

Qeyd edək ki, son aylarda İtaliyadakı müxtəlif dəmir yolu seqmentlərində bir neçə qəza baş verib və bu, cədvəllərdə əhəmiyyətli gecikmələrə səbəb olub.