BAKI, 7 fevral. TELEQRAF

"ABŞ müharibəni yayın əvvəlinə qədər bitirməyi təklif edir".

Teleqraf "UNIAN"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

"Çox güman ki, bu cədvələ uyğun olaraq bizə təzyiq göstərəcək. Niyə yay ayına qədər? Başa düşdüyümüz kimi, burada onlar üçün daxili məsələlər daha da təcili rol oynayır", - əlavə edib.