BAKI, 7 fevral. TELEQRAF

Sanksiyalar səbəbindən Rusiya mal və xidmətlərinin İsveçrəyə ixracı xeyli azalıb.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın Berndəki səfiri Sergey Qarmonin TASS-a verdiyi müsahibədə bildirib.

Diplomatın sözlərinə görə, 2024-cü ildə İsveçrəyə Rusiyanın daxili ixracı 706 milyon İsveçrə frankı təşkil edib. Eyni dövrdə idxal isə 2,23 milyard frank olub və bunun 80%-i əczaçılıq məhsullarıdır.

Rusiya-İsveçrə ticarətinin 2023-cü ildə həcmi 3,56 milyard İsveçrə frankı olub və beləliklə, 2024-cü ildə ixrac əvvəlki ilin səviyyəsindən beş dəfə azalıb.