BAKI, 7 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlarda inkişaf gözlədiyini bəyan edib.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlama verərkən danışıb.

Tramp Əbu-Dabidə keçirilən görüşü müsbət qiymətləndirib. Onun sözlərinə görə, tərəflər arasında aparılan müzakirələr konstruktiv olub.

“Bu gün Rusiya və Ukrayna ilə bağlı çox-çox yaxşı danışıqlarımız oldu" - o deyib.