BAKI, 7 fevral. TELEQRAF
ABŞ-nin "Northrop Grumman" və "Global Military Products" şirkətləri Ukraynaya göndəriləcək artilleriya sursatlarının təhvilində gecikmələrə yol verib.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" yazır.
Agentliyin məlumatına görə, Pentaqonun baş inspektoru noyabr hesabatında böyük kalibrli mərmilərin təhvilində gecikmə edən müəssisələrdən təxminən 1,1 milyon ABŞ dolları cərimə alınmasını tövsiyə etmişdi. Quru Qüvvələri rəhbərliyi bildirib ki, podratçılar məsuliyyətə cəlb ediləcək və müqavilələrin icrası diqqətlə izlənəcək.
ABŞ Quru Qüvvələri bu şirkətləri cərimələməyi planlaşdırır.