BAKI, 7 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran arasında növbəti danışıqlar gələn həftənin əvvəlində gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə Tramp jurnalistlərlə Florida istiqamətinə uçuş zamanı danışarkən bildirib.

O vurğulayıb ki, Tehranın müqavilə bağlamaq istəməsi vacibdir.

“Biz yenidən gələn həftənin əvvəlində görüşəcəyik. Onlar müqavilə bağlamaq istəyirlər. Onların bunu istəməsi lazımdır,” - Tramp deyib.