BAKI, 7 fevral. TELEQRAF

ABŞ və Ukrayna tərəfləri may ayında Ukraynada ümumi seçkilərin, həmçinin münaqişənin nizamlanması ilə bağlı mümkün razılaşmalar üzrə referendumun keçirilməsi imkanını müzakirə edirlər.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ABŞ və Ukrayna arasında aparılan danışıqlarda müzakirə edilən plana əsasən, münaqişənin həlli ilə bağlı istənilən razılaşma referendumda xalqın səsverməsinə çıxarıla bilər. Eyni vaxtda ölkədə ümumi seçkilərin keçirilməsi də nəzərdə tutulur.

Agentliyin yazdığına görə, Əbu-Dabidə keçirilən danışıqlar zamanı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Ukrayna tərəfinə seçkilərin mümkün qədər tez keçirilməsinin daha məqsədəuyğun olacağını bildiriblər.