BAKI, 7 fevral. TELEQRAF

ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qruplaşması Ərəb dənizinə daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

"Avraam Linkoln” zərbə qruplaşması iki təminat gəmisi və iki sahil mühafizə kateri ilə birlikdə Ərəb dənizinə keçid edib. Həmçinin, gəmilərin üzərindən hərbi təyyarələr uçub", - məlumatda bildirilib.

Qeyd edək ki, Oman şəhərində ABŞ nümayəndələri ilə aparılan danışıqlar zamanı İranın Xarici İşlər naziri Abbas Araqçi bildirib ki, Tehran uranın zənginləşdirilməsindən imtina etməyəcək.