BAKI, 4 fevral. TELEQRAF

"X" platformasının sahibi, Amerikalı sahibkar İlon Mask Fransanın paytaxtı Parisdə "X" şirkətinin ofisində aparılan axtarışların siyasi motivli olduğunu bildirib.

Teleqraf xəbər verir ki, İlon Mask bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

O, Parisdə "X"in ofisində keçirilən reydləri şərh edərək, bunu siyasi hücumadlandırıb.

Daha əvvəl Paris prokurorluğu Fransada "X"in ofislərində Avropol və Fransa jandarmasının kibercinayətkarlıqla mübarizə bölməsi ilə birgə axtarışlar aparıldığını açıqlayıb. AFP-nin məlumatına görə, bu addım 2025-ci ilin yanvarında sosial şəbəkənin alqoritmlərinin fəaliyyəti ilə bağlı şikayətlərdən sonra "X"ə qarşı başladılan istintaq çərçivəsində atılıb.