BAKI, 4 fevral. TELEQRAF

NATO Qrenlandiyanın təhlükəsizliyini təmin etmək məqsədi ilə "Arctic Guardian" missiyasına başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

"Bloomberg" daha əvvəl iki mənbəyə istinadən Almaniyanın 'Arctic Guardian" missiyasına başladığını bildirmişdi.

Fevralın 1-də ABŞ Prezidenti Donald Tramp Avropa liderləri ilə Qrenlandiya ilə bağlı danışıqların başlandığını elan edib. Amerika liderinin sözlərinə görə, artıq bir çox məsələ razılaşdırılıb. ABŞ prezidenti əlavə edib ki, Amerikanın Qrenlandiyanı əldə etməsi "hər kəs üçün əla bir razılaşma olardı.