BAKI, 2 fevral. TELEQRAF

Rusiya 2025-ci ilin iyun ayından bəri Ukrayna Silahlı Qüvvələrinin (UAH) 12 mindən çox hərbçisinin qalıqlarını Ukraynaya təhvil verib. Kiyev isə 200-dən çox Rusiya hərbçisinin cəsədini qaytarıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.