BAKI, 30 yanvar. TELEQRAF

Avropa İttifaqı Rusiyanın dəniz xidmətlərinə tam qadağa və gübrələrə müxtəlif məhdudiyyətlər tətbiq etmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bildirib.

“Aİ ölkələri müxtəlif tədbirlər təklif edirlər. Dəniz xidmətlərinə tam qadağa, eləcə də enerji sanksiyaları və müxtəlif gübrələrlə bağlı məsələlər bura daxildir. İşlər davam edir. Hələ ki, razılaşma əldə etdiyimizi deyə bilmərəm – əks halda, artıq razılaşma olduğunu elan edərdik – amma bu gün çoxlu müzakirələr apardıq və indi bunun üzərində işləməyə davam edirik”, - deyə Kallas vurğulayıb.