BAKI, 29 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Delsi Rodrigezə ölkə üzərində hava məkanını açmağı planlaşdırdığını bildirib.

Teleqraf xəbər verir ki, Tramp cümə axşamı günü ABŞ nəqliyyat katibi Şon Daffiyə və ABŞ hərbi liderlərinə günün sonuna qədər hava məkanını açmağı tapşırdığını açıqlayıb.

ABŞ Prezidenti bildirib ki, Amerika vətəndaşları çox tezliklə Venesuelaya səyahət edə biləcəklər və orada təhlükəsiz olacaqlar.