BAKI, 29 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vladimir Putindən Kiyevə hücum etməməyi xahiş edib.
Teleqraf xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında bildirib.
"Mən şəxsən Prezident Putindən bu qeyri-adi soyuq hava şəraitində bir həftə Kiyev və digər şəhərləri atəşə tutmamasını xahiş etdim. Putinin bunu etməyə razı olduğunu dedi. Bu məni yaxşı mənada təəccübləndirdi" - Tramp qeyd edib.