BAKI, 30 yanvar. TELEQRAF

İrana qarşı istənilən təcavüz ABŞ və onun Yaxın Şərqdəki müttəfiqlərinin bütün hərbi infrastrukturunu təhlükə altına qoyacaq.

Teleqraf xəbər verir ki, bu barədə İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) nümayəndəsi Abdulla Hacı Sadəgi "IRNA" agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda İran silahlı qüvvələrinin əlçatanlıq zonasında təkcə bir hərbi baza deyil, ABŞ və regional muzdlularının bütün hərbi infrastrukturu yerləşir. Hacı Sadəgi vurğulayıb ki, İran ordusu tam döyüş hazırlığı vəziyyətindədir və qarşı tərəfdən atılacaq istənilən addım quru, dəniz və regiondakı bütün ABŞ bazalarında sarsıdıcı cavabla qarşılanacaq.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp nəhəng armadanın İran istiqamətində hərəkət etdiyini bəyan etmişdi.