BAKI, 30 yanvar. TELEQRAF

Böyük Britaniyanın ABŞ-nin İrana mümkün hərbi zərbəsinə qoşulmaq ehtimalı azdır.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" qəzeti müdafiə sahəsindəki mənbələrə istinadən yazır.

Məlumata görə, Londonda hesab edirlər ki, İrana zərbə Böyük Britaniyanın beynəlxalq hüququ şərh etməsi baxımından uyğun sayılmır. Bu səbəbdən rəsmi Londonun ABŞ-nin belə bir addımına birbaşa dəstək verməsi ehtimalı aşağı qiymətləndirilir.

Eyni zamanda qəzet qeyd edir ki, Böyük Britaniyanın Hərbi Hava Qüvvələri İrandan mümkün cavab zərbələri halında Yaxın Şərqdəki müttəfiqlərin müdafiəsi məqsədilə əməliyyatlara cəlb oluna bilər.