BAKI, 29 yanvar. TELEQRAF
Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri görüş zamanı ilk dəfə olaraq ABŞ-ni təhdid hesab ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Aİ ölkələri transatlantik alyansın birliyini vacib hesab edirlər: "Bu gün ilk dəfə olaraq açıq və birbaşa olaraq ABŞ-nin Avropa İttifaqı üçün problem yaratdığı qənaətinə gəldik. Vaşinqtonun Aİ-ni bölmək niyyətində olduğu barədə açıqlamaları utanmazlıqdır".
Qeyd edək ki, yanvarın 21-də ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edərək Aİ-nin düzgün istiqamətdə irəliləmədiyini bildirib. O, Avropada bəzi yerlərin tanınmaz hala gəldiyini və bu dəyişikliklərin mənfi olduğunu deyib. Amerika lideri Avropanın miqrasiya və enerji siyasətini tənqid edib.