BAKI, 29 yanvar. TELEQRAF
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Moskvaya Rusiya Prezidenti Vladimir Putinin 2022-ci ildə ona hədiyyə etdiyi gödəkçə ilə gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Telegram kanalında məlumat verilib.
"Putin BƏƏ Prezidentini yola salarkən ondan zarafatla "bu gödəkçə sizi Sank-Peterburqun soyuğundan qoruya bilirmi" - deyə, soruşub.
BƏƏ lideri də cavab olaraq "bu, həmin gödəkçədir, siz hədiyyə etmişdiniz" bildirib.
2022-ci ilin oktyabr ayında BƏƏ Prezidenti ilk dəfə Rusiyaya səfər edib. O vaxt Sankt-Peterburqda hava soyuq olduğu üçün Rusiya lideri gödəkçəsini çıxararaq Məhəmməd bin Zayed Əl Nəhyanın çiyinlərinə keçirib. Həmin gödəkçə BƏƏ liderində qalıb və növbəti Rusiya səfərində onu geyinib.