BAKI, 29 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FES) sədrini "axmaq" adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Amerika lideri özünün "TruthSocial" sosial şəbəkəsindəki paylaşımında bildirib.

Tramp: "Faiz dərəcələri indi xeyli aşağı olmalıdır, xüsusən də bu axmaq belə inflyasiyanın artıq problem və ya təhdid olmadığını etiraf etdiyi üçün".

29 yanvarda FES sədri Paueli tənzimləyicinin baza faiz dərəcəsini illik 3,5% ilə 3,75% arasında dəyişməz saxlamaq qərarına gəldiyini açıqlayıb. Pauelin sözlərinə görə, tənzimləyici hələlik növbəti faiz dərəcəsini nə vaxt ediləcəyinə və bu məsələnin martın ortalarında keçiriləcək növbəti iclasda nəzərdən keçirilib-keçirilməyəcəyinə qərar verməyib.

Tramp əvvəllər Paueli "axmaq" adlandırmışdı. Dövlət başçısı hazırkı FES sədrinin vəzifədə uzun müddət qalmayacağına əminliyini ifadə edib. ABŞ prezidenti həmçinin tənzimləyicinin rəhbərini "səriştəsiz" və "vicdansız" adlandırıb.