BAKI, 29 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Venesuelada Prezident Nikolas Maduronu ələ keçirməkdə məqsədi ölkənin neft ehtiyatlarına olan marağından irəli gəlib. Bunu Ağ Ev rəhbərinin özü də etiraf edib.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə mətbuatına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Tramp yüksək vəzifəli dövlət məmurlarının qeyd-şərtsiz toxunulmazlığı da daxil olmaqla, bütün beynəlxalq hüquq normalarını pozan tamamilə qanunsuz bir əməliyyat başlatdı. O, hazırda həyat yoldaşı ilə birlikdə Amerika həbsxanasında olan Venesuela Prezidenti Nikolas Maduronu qaçırdı. Tramp amerikalıların Venesuela neftinə ehtiyacı olduğunu açıq etiraf edib".