BAKI, 30 yanvar. TELEQRAF
Çin Xalq Respublikasında Myanmanın şimalında fəaliyyət göstərən cinayətkar şəbəkələrlə, o cümlədən dələduzluq zəng mərkəzləri ilə əlaqəli 11 nəfər edam edilib.
Teleqraf xəbər verir ki, bu barədə Çinin rəsmi “Sinxua” agentliyi məlumat yayıb.
Bildirilir ki, edam olunanlar telekommunikasiya sahəsində genişmiqyaslı fırıldaqçılıq sxemlərinin əsas fiqurları olub. Onlar qətl, ağır bədən xəsarətləri yetirmə, qanunsuz azadlıqdan məhrumetmə, dələduzluq və qeyri-qanuni qumar biznesinin təşkili kimi ağır cinayətlərdə təqsirli biliniblər.