BAKI, 29 yanvar. TELEQRAF
Xalq artisti Şeyx Əbdül Mahmudov bu gün səhər saatlarında özəl klinikaların birinə yerləşdirilib.
Bu haqda Teleqraf-a Xalq artistinin özü məlumat verib.
"Bu gün səhər saatlarında xəstəxanaya yerləşdirildim. Ən böyük səhvim ev şəraitində düzgün olmayan müalicə aparmağım oldu. Hazırda peşəkar həkimlərin nəzarətindəyəm.
Əsas problemim mədə-bağırsaq sistemi ilə bağlıdır. COVID-19 keçirdikdən sonra bronxlarımda ciddi fəsadlar yaranıb. Kardioqramma aparıldı və ürəklə bağlı hər hansı problem aşkarlanmadı. Aparılan analizlərin nəticələrinə əsasən, təxminən 7 gün xəstəxanada qalmalı olacam",-deyə kinorejissor əlavə edib.
Qeyd edək ki, Şeyx Əbdül Mahmudovun 81 yaşı var.