BAKI, 29 yanvar. TELEQRAF

İran silahlı qüvvələri 1000 strateji pilotsuz uçuş aparatı alıb.

Teleqraf xəbər verir ki, PUA-lar ordunun dörd qolunun hamısına (Piyada Qüvvələri, Hərbi Hava Qüvvələri, Dəniz Qüvvələri və Hava Hücumundan Müdafiə) təchiz edilib.

Bu dronlar kəşfiyyat, müşahidə və dəqiq zərbələr üçün nəzərdə tutulub.

Bu təchizat İranın nizami ordusuna eyni vaxtda həyata keçirilən ən böyük dron tədarüklərindən biridir.