BAKI, 28 yanvar. TELEQRAF
Portuqaliyanın İberiya yarımadasında baş verən fırtına səbəbindən yüz minlərlə ev elektriksiz qalıb.
Teleqraf xəbər verir ki, fırtına nəticəsində iki nəfər ölüb.
Yerli medianın məlumatına görə, fırtına eyni vaxtda yüzlərlə insidentə, məktəblərin bağlanmasına və nəqliyyatın hərəkətində fasilələrə səbəb olub.