Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Fransa Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə görüşündə Ukrayna münaqişəsinin həllini müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə Hakan Fidan mətbuat konfrasında bildirib.
XİN rəhbəri deyib ki, görüşdə əsas diqqət Rusiya və Ukrayna arasındakı son danışıqlara və Türkiyənin həll prosesinə töhfəsinə yönəldilib:
"Görüş zamanı həmçinin Türkiyənin "Könüllülər Koalisiyası"na verə biləcəyi dəstək və töhfələr müzakirə olunub".