BAKI, 24 yanvar. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla "Patriot HHM" sistemləri üçün raketlərin tədarükü məsələsində razılığa gəldiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Zelenski bu barədə Dünya İqtisadi Forumunun Davosda keçirilən toplantısı çərçivəsində Trampla görüşünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, tərəflər "Patriot" sistemləri üçün "PAC-3" tipli raketlərin verilməsi məsələsini müzakirə ediblər. Zelenski tədarük ediləcək raketlərin dəqiq sayını açıqlamayıb.
“Mən prezident Donald Trampla danışdım və "Patriot" üçün, sayını deməyəcəyəm, "PAC-3" raketləri əldə etdim”, - o deyib.