BAKI, 22 yanvar. TELEQRAF
Böyük Britaniyada Lesterşir və Rutlend cinayət komissarı Rupert Mettyus Rusiya Prezidenti Vladimir Putin kimi fotosessiya planlaşdırdığına görə istintaqa cəlb edilib.
Teleqraf xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat verib.
Mettyus Lesterşir polis məmuruna elektron poçt göndərərək Vladimir Putin kimi at belində köynəksiz şəkil çəkdirmək istədiyini deyib. O, bu fotolardan seçki kampaniyası üçün istifadə edəcəkdi.
Bu məlumat kənara sızıb və təhqiqat aparılıb. Polis məmurunun hərəkətlərinə qanun pozuntusu aşkar edilməyib.
Bununla belə iş Polis və Cinayətkarlıq Komissiyasına göndərilib və orada xüsusi yaradılmış alt komitə Mettyusla bağlı hadisəni müzakirə edəcək.
Qeyd edək ki, 2009-cu ilin avqustunda Tuvada istirahətdə olarkən Vladimir Putinin at belində köynəksiz şəkillər çəkdirib.