Bu həftə transatlantik münasibətlərin sarsılmasına baxmayaraq, Avropa İttifaqı problemi həll etmək üçün səylərini davam etdirəcək.
Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
Kallas Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etmək üçün çağırılan təcili sammitdən öncə qeyd edib ki, transatlantik münasibətlər bu həftə böyük zərbə aldı: "Bu il biz başa düşdük ki, bu münasibətlər artıq əvvəlki kimi deyil. Aİ ABŞ ilə 80 illik yaxşı münasibətləri ləğv etmək istəmir və biz bunun üzərində işləmək istəyirik".
Yanvarın 21-də ABŞ Prezidenti Donald Tramp Davos Beynəlxalq İqtisadi Forumunda çıxışında bildirib ki, Qrenlandiya üzərində nəzarəti ələ keçirmək üçün güc tətbiqi istisnadır. O, ssağlam düşüncənin qalib gələcəyinə və ABŞ-nin güc tətbiq etməsinə ehtiyac qalmayacağını bildirdi.