ABŞ Prezidenti Donald Tramp ölkənin ən böyük banklarından olan "JPMorgan Chase"i və onun icraçı direktoru Ceymi Daymonu məhkəməyə verib.
Teleqraf xəbər verir ki, buna səbəb 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan sonra ABŞ liderinin hesablarının bağlanmasıdır.
Tramp bankı müştəri hesabını siyasi motivlərlə bloklamaqda ittiham edir. Florida ştatı məhkəməsinə təqdim olunan iddia ərizəsində bankın öz etik kodeksini pozduğu bildirilir.
ABŞ lideri bank və onun liderinin 5 milyard dollar təzminat ödəməsini tələb edir.