BAKI, 22 yanvar. TELEQRAF
Sülh müqaviləsi təsdiqləndikdən sonra sərhəddə missiyalar həyata keçirilməyəcək.
Teleqraf xəbər verir ki, bunu Ermənistandakı Aİ monitorinq missiyasının rəhbəri Markus Ritter bildirib.
O, tərəflərin sərhədə üçüncü ölkə qüvvələrini gətirməyəcəyinə dair paraflanmış razılaşma ilə bağlı bildirib: "Sülh müqaviləsi imzalanıb təsdiqləndikdə artıq bizə ehtiyac olmayacaq, amma sərhəd icmalarına baş çəkməyə davam edəcəyik. İşlərimizi davam etdirmək, sərhəd icmalarına səfərlər etmək barədə qarşılıqlı razılaşma var."
Qeyd etmək lazımdır ki, Ritter tezliklə işini başa çatdıracaq. Aİ-nin Ermənistandakı monitorinq missiyasının yeni rəhbərinin kim olacağı hələlik məlum deyil.