Ukraynada baş verən müharibə digər münaqişələrə nisbətən ən çətin həll olunan məsələ olub.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Davosda "Sülh Şurası"nın nizamnaməsinin imzalanması mərasimində çıxışı zamanı bildirib.

O, eyni zamanda bu məsələdə yaxın zamanda razılığın əldə olunacağına ümid etdiyini vurğulayıb:

"Biz səkkiz müharibəni həll etmişik və bir münaqişə də yoldadır. Bilirsiniz hansıdır? Mənim üçün asan görünən, amma bəlkə də ən çətin olan - Ukrayna konflikti. Bu münaqişənin həlli beynəlxalq əməkdaşlıq və diplomatiya vasitəsilə mümkün olacaq".