BAKI, 22 yanvar. TELEQRAF

"ABŞ və NATO arasında Qrenlandiyanın Vaşinqtonun nəzarətinə keçməsi ilə bağlı aparılan danışıqlar müsbət dinamika ilə davam edir".

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib.

"NATO ilə danışıqlar yaxşı gedir. Mən inanıram ki, Prezident (Donald Tramp - red.) danışıqlarda nəsə əldə etməyə qərar verdikdə, buna nail olur. Danimarka və digər NATO üzvləri bu sazişin əhəmiyyətini yalnız ABŞ üçün deyil, dünya təhlükəsizliyi üçün də qəbul etməlidirlər. Biz bu ərazi üzərində nəzarəti təmin etmək üçün səylərimizi davam etdirəcəyik, bu isə ABŞ xalqının təhlükəsizliyinin təminatı baxımından prioritetdir", - o qeyd edib.