Danimarka ABŞ ilə Arktika təhlükəsizlik məsələlərini müzakirə etməyə hazırdır, lakin Qrenlandiya üzərində "qırmızı xətlər"in keçilməsinə icazə verməyəcək.
Teleqraf xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen bildirib.
Onun sözlərinə görə, dövlətin suverenliyi müzakirə mövzusu olmamalıdır: "Vaşinqtonla müdafiə müqaviləsi 1951-ci ildən qüvvədədir və Arktika bölgəsində təhlükəsizliyin gücləndirilməsi müzakirə mövzusudur".
Frederiksen həmçinin Aİ ölkələrini mövcud vəziyyətdə bir olmağa çağırıb: "Avropa bölünməməlidir".