BAKI, 16 yanvar. TELEQRAF
ABŞ Prezidenti Ukraynada davam edən müharibəyə görə yenidən Prezident Volodimir Zelenskini günahlandırıb.
Teleqraf xəbər verir ki, "Reuters"in müxbiri Trampdan ABŞ-nin rəhbərliyi altında aparılan danışıqların niyə hələ də hərbi əməliyyatların dayandırılmasına gətirib çıxarmadığını soruşub. Donald Trampın buna cavabı qısa olub: "Zelenski ".
Almaniyanın "Bild" qəzetinin yazdığına görə, Vladimir Putin öz qiymətləndirməsində razılığa gəlməyə və hərbi əməliyyatları dayandırmağa Ukrayna rəhbərliyindən daha çox hazırdır.
Polşanın Baş naziri Donald Tusk "X"də Trampa açıq şəkildə etiraz edib: "ABŞ tərəfindən hazırlanmış sülh planını rədd edən Zelenski deyil, Rusiyadır. Rusiyanın yeganə cavabı Ukrayna şəhərlərinə yeni raket zərbələri endirməkdir. Problemin yeganə həlli Rusiyaya təzyiqi artırmaqdır. Bunu hamınız bilirsiniz".
Zelenski də Trampın iddialarını cavabsız qoymayıb. "Ukrayna sülhə maneə olmayıb və heç vaxt olmayacaq" - o deyib.