BAKI, 16 yanvar. TELEQRAF

Çexiya Prezidenti Petr Pavel hesab edir ki, Ukrayna müharibəyə son qoymaq üçün ciddi güzəştlər etməli olacaq.

Teleqraf xəbər verir ki, o, bu açıqlamanı Kiyevdə ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündə verib.

Çexiya prezidenti etiraf edib ki, ABŞ olmadan Ukraynadakı müharibənin həlli mümkün olmayacaq.

"ABŞ-nin hələ də əsas rol oynaması Avropa üçün təəssüf doğurur. Lakin bu, Avropa ölkələrinin öz səylərdən kənara çıxması demək deyil ", - o qeyd edib.