BAKI, 15 yanvar. TELEQRAF

Rusiyanın Ukraynanın Xarkov vilayətinə endirdiyi zərbələr nəticəsində elektrik stansiyaları sıradan çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov "Telegram"da bildirib.

“Düşmən əsas vacib enerji infrastrukturu obyektini məhv edib. Təcili yardım qrupu işləyir, mütəxəssislər hadisə yerindədir. Düşmənin zərbələrinin təsirini minimuma endirmək və vəziyyətə nəzarəti qorumaq üçün əlimizdən gələni edirik”, - deyə Terexov vurğulayıb.