BAKI, 7 yanvar. TELEQRAF

ABŞ administrasiyası Venesueladan İran, Çin, Kuba və Rusiya ilə iqtisadi əlaqələri kəsməsini tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Bildirilir ki, bu addım Venesuelanın neft hasilatını artırması üçün ABŞ-nin şərti kimi qoyulub.

Müvəqqəti prezident Delsi Rodrigeze verilən tələblərə görə, Venesuela həmçinin ABŞ ilə neft sahəsində eksklüziv əməkdaşlığa razılıq verməlidir. Mənbələrin bildirdiyinə görə, bu, ABŞ-nin regionda strateji maraqlarını təmin etmək məqsədini güdür.