BAKI, 7 yanvar. TELEQRAF
Almaniya kansleri Fridrix Merts “istəkli koalisiya”nın toplantısında çıxışı zamanı atəşkəs əldə edildikdən sonra NATO qüvvələrinin Ukraynaya bitişik ərazilərdə yerləşdirilməsinin mümkünlüyünü dilə gətirib.
Teleqraf xəbər verir ki, Mertsin sözlərinə görə, təhlükəsizlik zəmanətləri çərçivəsində Avropa qüvvələri həm Ukraynanın öz hərbi potensialının gücləndirilməsində, həm də döyüş əməliyyatları yenidən başlarsa, Ukrayna ilə həmsərhəd NATO ölkələrinin ərazisində yerləşdirilə bilər.
“Bu gün görüşdə açıq şəkildə bildirdim ki, hər iki variant düzgün ola bilər: Ukraynanın öz qoşunlarının gücləndirilməsi və dəstəklənməsi, eyni zamanda Ukrayna ilə qonşu ölkələrdə əlavə qüvvələrin yerləşdirilməsi”, - deyə kansler qeyd edib.
O, həmçinin vurğulayıb ki, Almaniyanın Ukrayna üçün çoxmillətli qüvvələrin formalaşdırılması və yerləşdirilməsində iştirakı məsələsi yalnız atəşkəs əldə edildikdən sonra hökumət və parlament səviyyəsində müzakirə oluna bilər.