BAKI, 6 yanvar. TELEQRAF

ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri çərşənbə günü ABŞ Senatının üzvləri üçün Venesueladakı hərbi əməliyyatla bağlı brifinq keçirəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilir ki, tədbir qapalı olacaq. Brifinqdə ABŞ Dövlət katibi Marko Rubio, Müdafiə naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və Ədliyyə naziri Pem Bondi iştirak edəcəklər. Onlar artıq bazar ertəsi günü qanunvericilərlə görüş keçiriblər. Növəti görüşə Nümayəndələr Palatasının və Senatının səkkiz lideri, eləcə də üç müvafiq komitənin sədrləri dəvət olunub.

Demokrat Partiyasının nümayəndələri Konqresin təsdiqi olmadan Venesueladakı əməliyyatı tənqid ediblər. Xüsusilə, Nümayəndələr Palatasının azlıq lideri Hakim Ceffris NBC News-a verdiyi müsahibədə ABŞ-nin Venesueladakı hərəkətlərinin müharibə aktından başqa bir şey olmadığını deyib.