BAKI, 6 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi məqsədilə aparılan əməliyyat zamanı öldürülənlərin əksəriyyətinin kubalı olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Trampın çıxışı "C-Span" kanalında canlı yayımlanıb.
Onun sözlərinə görə, ABŞ tərəfindən insan itkisi olmayıb:
"Bu kompleks bir əməliyyat idi. 152 təyyarə və çoxlu hərbçilər bu əməliyyatda iştirak etdi. Digər tərəfdən çoxlu sayda itkilər var. Bunlar əsasən kubalı əsgərlərdir. Onlar bizim gələcəyimizi bilirdilər. Onlar qorunurdu, bizimkilər isə yox. Bizimkilər helikopterlərdən tullanırdı", - Tramp deyib.